Audi Sport Quattro -30 il - FOTO

16 Sentyabr 2013 20:38
"Audi" şirkəti məşhur yürüş bolidi "Audi Sport Quattro"-nun 30 illiyini qeyd edir. Bu münasibətlə "Audi"-də Frankfurt avtosalonunda təqdim etmək üçün eyniadlı hibrid konsept-kar düzəldildi, 100 km/saata 3,5 saniyəyə sürətlənməyinə baxmayaraq onun "iştahası" aşağıdır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, enli arxa dayaqlar kimi bəzi üslub dəyişiklikləri açıq-aydın 80-ci illərin avtomobillərinə bənzədilib. Lakin "Sport Quattro"-nun eksteryerindəki elementlər seriya avtomobillərinin gələcək görünüşünü yaradır. İlk növbədə, radiator barmaqlığının forması və qabaq matrisa optikası nəzərdə tutulur - sonuncudan müəyyən mənada yenilənmiş "Audi A8"-də istifadə edilir.

Konseptin interyeri karbondan işlənilib və "Audi" üçün ənənəvi olan bəzi elementlərdən, məsələn, çoxfunksiyalı MMİ sisteminin displeyindən məhrum edilib. Onun yerində tamamilə rəqəmsal cihaz paneli dayanır ki, yürüş zamanı orada dövrənin vaxtı da görünür. İqlim qurğusunun idarəetmə düymələri birbaşa olaraq ventilyasiya deflektorlarına yerləşdirilib. Bundan əlavə konsept idman oturacaqları və çoxfunksiyalı sükan alıb.

Sportkar kifayət qədər böyük alınıb - uzunluğu 4602 mm, eni 1964 mm, hündürlüyü 1386 mm və təkər bazası 2784 mm-dir. Yəni o, seriyalı "Audi RS5"-dən bir qədər yığcam, lakin hibrid güc qurğusu və 14 kVt-lıq litium-ion akkumulyator sayəsində ağırdır.

Kapotun altında ikili turbo yükləyicisi olan 460-güclü 4-litrlik V8 quraşdırılıb. Onun elektrik mühərriki ilə birgə gücü 700 a.g. və 800 Nm-dir. Elektrik mühərriki özü mühərrik və 8-pilləli "avtomat" arasında yerləşdirilib.

Karbondan olan bir sıra ban panellərinə baxmayaraq konsept çox ağır alınıb: o 1850 kq-dır. Buna baxmayaraq, güc qurğusu 100 km/saata 3,7 saniyəyə sürətlənməyə imkan verir, maksimal sürət isə 305 km/sasatdır.

"Start-stop" sistemi və silindrlərin bir hissəsini söndürə bilmə bacarığı sayəsində "Audi Sport Quattro" 100 km məsafəyə 2.5 litr yanacaq sərf edir. Konsept tamamilə elektrik rejimində də hərəkət edə bilir - bu zaman soyuducu maye ilə akkumulyatorun enerjisi 50 km məsafəyə çatır.

Akkumulyator təkcə əyləc rekuperasiyasından və ya mühərrikdən deyil, həm də xarici rozetkadan doldurula bilir. "Audi"-də hələlik model sırasını "Sport Quattro"-nun seriyalı modifikasiya ilə tamamlanacağı barədə məlumat verilmir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.