Nəhənglə qaranın dostluğu: tənhalıq pisdir - FOTO

16 Sentyabr 2013 14:11
"Onlardan biri nəhəngdir, o biri isə qara köpəkdir. Əsl dost, mehriban yoldaşlardır. Həmişə bir yerdə olurlar. Oynayır, əylənirlər. Qəmlənəndə də birlikdə qəmlənirlər".

ABŞ-ın Cənubi Kaliforniya bölgəsindəki "Myrtle Beach Safari" zooparkının əməkdaşları belə deyirlər.

"Nəhəng" 32 yaşlı Afrika fili Babls, "qara" isə onun dostu, labrador cinsindən olan 3 yaşlı Belladır.

Babbls ilə Bella sürəkli birlikdədirlər və onlar bir-birlərini həddən ziyadə sevirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1999-cu ildə Afrikadakı fillərin nəslinin kəsilməsinin qarşısının alınmasına yönəlmiş xüsusi proqram çərçivəsində xilas edilmiş Babls Cənubi Kaliforniyaya gətiriləndən sonra burada xüsusi qayğı və diqqətlə böyüdülüb.

Fillər 60-100 il yaşayır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Fotolar: Barry Bland