Mercedes-dən 5 metrlik kupe - FOTO

14 Sentyabr 2013 23:53
İstehsalçı Frankfurta "Mercedes-Benz CL"-in potensial əvəzini gətirdi - konseptual kupe "S-class Coupe". Adına baxmayaraq, o, daha çox kompakt sedan "CLA" xatırladır. 450-güclü turbo-V8 qabaq hissədə həm də stereokameralar alıb.

Milli.Az Auto.a-z-a istinadən bildirir ki, "Mercedes" tərəfindən təqdim olunan konsept əslində indiki nəsil "S-Class"-ın bazasında yığılmış böyük kupe "CL"-in varisinin xarici görünüşü barədə təəssürat yaratmalıdır.

Lakin onun eksteryeri markanın dizaynerlərinin ən kompakt modellərdə istifadə etdikləri stilistik işlərlə zəngindir. Bundan əlavə, konseptual kupe orta dayaqlardan məhrum olub - bu da məhz bu konseptin gələcəkdə böyük kabrioletlərin hazırlanması üçün əsas olacağını güman etməyə imkan verir.

"Mercedes-Benz S-Class Coupe" təxminən 3 metrlik təkər bazası alıb, konseptin özü isə 5-metrdən uzundur. Bu, istehsalçılara salonda 4 ədəd böyük oturacaq yerləşdirməyə imkan verib.

Böyük kupe "S500" sedanından götürülmüş 450 a.g. olan turbolaşdırılmış V8 mühərriki ilə hərəkətə gətirilir. Konseptin dinamikası barədə məlumat verilmir.

Əvəzində, məlumdur ki, prototip qabaq tərəfdə 2 stereokamera ilə təchiz edilib və onlar arxa görünüş üçün deyil, məhz qabağa yönəliblər. Onlar asılqanı idarə edən elektronikaya avtomobildən 50 km qabaq məsafədə yol səthi barədə məlumat verirlər.

Əvvəllər bildirilirdi ki, "Mercedes-Benz" şirkəti kupenin seriyalı variantını 2014-cü ilin yanvar ayında Detroyt avtosalonunda təqdim edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.