BMW hibridi göstərdi - FOTO

14 Sentyabr 2013 21:55
Frankfurtda keçirilən avtosalon "BMW i"-ın ekoloji sırasının seriyalı ikinci nümayəndəsi üçün təqdimat məkanı oldu. Sportkar "BMW i8" öz prototipindən elə də fərqlənmir və 100 km məsafəyə cəmi 2.5 litr yanacaq sərf edir. Onunla birlikdə yeni 3-silindrli turbo mühərrik də debüt etdi.

Milli.Az Auto.a-z-a istinadən bildirir ki, sportkar daha konservativ dizaynlı təkər diskləri aldı, şəffaf qapı panellərindən məhrum oldu və fərqli qabaq optika ilə təchiz edildi. "BMW i8"-in fənərləri işıqdiodludur, lakin seriyalı variantda opsiya şəklində lazer də sifariş etmək olar.

Sportkar alüminiumdan, karbondan, plastikdən və gücləndirilmiş karbon lifindən hazırlanıb. Çox yüngül materiallardan istifadə edildiyinə görə (hətta təkər diskləri də karbon ola bilər) "BMW i8" 1490 kq-dır.

Vəd edildiyi kimi, güc qurğusu qabaq təkərlərə cavabdeh olan elektrik mühərrikindən ibarətdir. 3-silindrli, 1.5-litr həcmi olan 231 a.g.-ə malik "TwinPower Turbo" sistemli benzin mühərrik isə arxa oxu fırladır. Güc qurğusunun ümumi faydalı iş əmsalı 362 at gücüdür ki, o sportkarı 100 km/saata 4.4 saniyəyə çatdırır. Maksimal sürət 250 km/saatdır.

Çox güman ki, bu nəticəyə güc qurğusunun idman rejimində işlədiyi zaman nail olunur. Onunla yanaşı "Eco Pro" və "Comfort" rejimləri də var, belə ki, onlardan birincisi yanacağa maksimal qənaət etmək üçün nəzərdə tutulub. "BMW i8" yalnız elektrik mühərriklə də hərəkət edə bilər. Düzdür o bununla uzağa gedə bilməyəcək - cəmi yalnız 35 km, amma bunu çox tez edəcək. Elektrik mühərrikinin təmin etdiyi maksimal sürət 120 km/saatdır.

"BMW i8" məişət elektrik şəbəkəsindən 1.5 saata doldurula bilən litium akkumulyatorlar alıb. Batareyalarla yanacaq bakı birlikdə avtomobili 500 km-ə qədər apara bilərlər. Müxbirlərin dediklərinə görə i8 - dörd yerli avtomobildir.

Baxarkən fikirləşmək olar ki, salonun arxa hissəsində yer çox azdır, lakin təqdimat zamanı "BMW"-nin 182 sm boyu olan dizayneri sürücü oturacağında oturaraq ona çox rahat olduğunu bildirdi.

Hibrid sportkarın rəsmi olaraq nə vaxt satışa çıxarılacağı hələlik məlum deyil. Yalnız məlumdur ki, bu gələn il baş verəcək və "BMW i8"-i konsernin bütün dilerlərinin onu satmağa ixtiyarı olmayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.