Facebook izlənməyə meydan oxuyur

14 Sentyabr 2013 19:16
Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq internet üzərindən istifadəçilərin izlənməsi ilə bağlı qalmaqalı Amerika hakimiyyətinin uğursuzluğu adlandırıb. The Verge portalı yazır ki, o, bu barədə TechCrunch Disrupt konfransında deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mark Zukerberq deyib ki, Facebook istifadəçilərin şəxsi məlumatlarının mühafizəsi məsələsinə çox ciddi yanaşır. Hökumətimizin vəzifəsi hamımızı, azadlıq və iqtisadiyyatımızı qorumaqdır - o əlavə edib. Onlar balansı qoruyub saxlaya bilmədilər.

Facebookun direktorunun fikrincə, internet üzərindən istifadəçilərin izlənməsinə dair hökumət proqramları haqqında insanların daha çox bilmək hüququ var.

Amerika hakimiyyətinin internet üzərindən istifadəçiləri izləmə sistemi haqqında MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden deyib. Xəbər dünyada qalmaqala səbəb olub. Amerika hakimiyyəti izləmə faktını etiraf edib və izah edib ki, bu addım ABŞ-ın terrorçulardan müdafiəsi üçün atılıb.

Milli.Az