Azərbaycanda ölən əsgərin Facebook vidası - FOTO

13 Sentyabr 2013 16:33

Ölən əsgərin son mesajı şoka saldı

Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində ölən əsgər, 1994-cü il təvəllüdlü Anar Dağıstan oğlu Əsgərli "Facebook" sosial şəbəkəsində əsgərlik şəkillərini paylaşıb. Bundan əlavə, əsgər hərbi xidmətdə olarkən boş vaxtlarında səhifəsində müxtəlif statuslar yazıb.

Milli.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, statuslarda diqqət çəkən məqamlardan biri isə Anarın hərbi xidmətini bitirəcəyi günləri sayması olub. Hətta o, paylaşdığı fotoların birində sevgilisinə mesaj da göndərib: "Darıxmışam təkcə sənin üçün".

Anar Əsgərlinin paylaşdığı fotolardan birində əsgər məzarına qərənfil qoyan qız təsvir olunub. Stasunda isə belə yazılıb: "Bəlkə mənim də qismətimdə bir güllə oldu".

Foto 12 nəfər tərəfindən bəyənilib.

Qeyd edək ki, Anar Əsgərli profil şəklini ölümündən bir neçə saat əvvəl dəyişdirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.