WikiLeaks-in serveri satıldı

13 Sentyabr 2013 18:26
Röyters agentliyinin yaydığı məlumata əsasən, WikiLeaks portalının məlumatlarının saxlanıldığı server eBay onlayn hərracından 33 min dollara satılıb.

Milli.Az ICTnews-a istinadəni bildirir ki, sözügedən server İsveçin Bahnhof şirkəti tərəfindən hərraca çıxarılıb. Şirkətin nümayəndələri alıcının adını və vətəndaşlığını dəqiqləşdirməyib.

Şirkətdən bildirilib ki, əldə edilmiş pul Sərhədsiz Müxbirlər kimi qeyri-kommersiya təşkilatlarının hesablarına köçürüləcək.

Xatırladaq ki, WikiLeaks portalında məxfi sənədlər dərc edilir. 2010-cu ildə İraq ərazisində gedən müharibə haqqında minlərlə məxfi sənədin, həmçinin ABŞ diplomatik missiyaları əməkdaşlarının yazışmalarının nəşrindən sonra resurs bütün dünyada tanındı.

Milli.Az