Məşhur aktrisanı yerə sərdilər - FOTO

13 Sentyabr 2013 09:23
Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Nikol Kidmanı dünən yıxıblar.

Nyu-Yorkda keçirilən Yüksək Moda Həftəsi çərçivəsində "Calvin Klein" brendinin yeni kolleksiyasının nümayişinə qatılmaq üçün "Carlyle Hotel"ə yollanmış aktrisa başına gələcəkləri təxminləyə bilməzdi.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "New York Fashion Week"ə qatılan Kidman baş vermiş olayı "xoşagəlməz hadisə" adlandırıb.

O, otelə daxil olmaq istəyəndə giriş qapısının önündən keçən velosipedçi aktrisanı vuraraq yerə sərib.

Nikol Kidmanın mühafizəçisi hadisəyə dərhal müdaxilə etsə də, artıq gecdi: Nikol yerdə idi.

Bu arada paparassilər aktrisanın fotolarını çəkiblər.

Daily Mail bildirir ki, olay yerinə dərhal polis gəlib və velosipedçinin ifadələrini almağa başlayıblar.

46 yaşlı Nikol Kidmanın dediyinə görə, onu yerə yıxan velosipedçidən polisə şikayət etmək və ya məhkəməyə üz tutmaq niyyətində deyil.

Tam əksinə, aktrisanı paparassilər sinirləndirib.

O, reportyorları məhkəməyə vermək fikrindədir.

"Calvin Klein"in yeni kolleksiyasının nümayişində N.Kidman aktrisalar Runi Mara və Naomi Harrisin yanında oturmuşdu.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: TMZ, Daily Mail