Çoxlarına qəribə görünəcək, amma yeni Citroen C4 Picasso 2013-cü ilin iyunundan Avropanın yollarında şütüməkdədir və hətta 16 000-dən çox nüsxə tirajla qitədə yayılıb. Ancaq minivenin ictimai debütü yalnız indi oldu, və elə buna görə də bu avtomobilin üzərində daha ətraflı dayanmağa dəyər.
Citroen C4 Picasso xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişilib: avtomobil ayrıca fara bloku, böyük bamper və radiatorun fərqli barmaqlığıyla tamamilə yeni qabaq hissə əldə edib. Arxa hissədə fənərlər, bamper və beşinci qapı dəyişib. Çoxları təəccüblənəcək, amma, tendensiyanın əksinə olaraq yeni Citroen C4 Picasso uzunluğu sələfindən 40 millimetrdə azdır. Ancaq avtomobilin təkər bazası 55 millimetr artaraq 2785 millimetrə qədər böyüyüb.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, texniki cəhətdən yeni Citroen C4 Picasso yeni Peugeot 308 ilə eyni platformada yerinə yetirilib. Xatırladaq ki, bu model də Frankfurtda nümayiş etdirilir. Bundan başqa, avtomobil alüminium kapot və kompozit arxa qapı əldə edib və bunun sayəsində maşının çəkisi 70 kq azalıb. İnteryerdə yeni keyfiyyətli tərtibat materiallarının, rəqəmli cihaz panelinin, 7 düymlük sensor ekranın və başqa seçimlərin meydana çıxmasını qeyd etməyə dəyər. Eyni zamanda Citroen C4 Picasso yük yerinin həcmi 40 litr artaraq 637 litrə qədər böyüdü.
Adi C4 Picasso-dan başqa Frankfurta fransızlar onun uzadılmış modifikasiyasını - Grand C4 Picasso gətirdilər. Bu avtomobili daha böyük kuzovu, fərqli arxa fənərləri və damındakı reylinqləri ilə ayırmaq olar. Əvvəlki kimi içəridə əsas fərqləmdirici əlamət üçüncü sıra oturacaqların mövcudluğudur.
Amma istər C4 Picasso, istərsə də Grand C4 Picasso mühərrik sıraslarında dəyişikliklər o qədər də hissediləcək deyil. Belə ki, avtomobillərə 1,6 və 2,0 litrlik üç dizel mühərriki, həmçinin 120 və 156 a.g. hasil edən iki benzin mühərriki quraaşdırılacaq. Transmissiya - 6-pilləli mexanikidir. Seçim olaraq 8-pilləli "avtomat" təklif edilir.
Milli.Az