Vorçesterlilər bu adamın edam edilməsini istəyirlər. Onları qınamaq çətindir: çünki şəhərdə adamyeyənin yaşadığını eşitmək və bilmək istənilən halda çox güclü stress yaradır.
40 yaşlı Ceffri Potuey potensial manyak və adamyeyəndir.
Polis onun dəhşətli, tükürpədici cinayətlərinin qarşısını alıb.
Milli.Az The Boston Herald-a istinadən bildirir ki, potensial adamyeyən 27 il həbs cəzası ala bilər.
Potueyin evində axtarış aparan polislərin dediklərinə görə, ev sahibi əməlli-başlı manyak idi.
"Onun evində uşaq pornoqrafiyası diskləri, hannibalizmlə bağlı kitablar, adamyeyənlər barədə filmlər vardı.
Evin sol küncündəki otağın döşəməsində isə aşağıya, zirzəmiyə aparan pilləkəni gizləməyə xidmət edən taxta lövhə aşkarladıq", - polis zabiti Endi Moulson deyib.
Zirzəmidə isə Potuey işgəncə kamerası düzəltmişdi.
Burada o, oğurlamağı planlaşdırdığı qurbanları saxlamaq üçün dəmir qəfəs hazırlamışdı.
Qəfəsdə uşağın başının salınacağı yumru həlqə də vardı. Həlqə iki asma qıfılla bağlanır.
Kamerada işgəncə və seksual əzablar, habelə maniakal "həzz" üçün avadanlıq və əşyalar çoxdu.
Ceffri Potueyin hazırladığı, divarları səskeçirməyən fibroplastik örtüklə üzlənmiş kameranın bir tərəfində isə ət şaqqalamaq və doğramaq üçün dəmir masa var.
Potuey bildirib ki, uşaqları oğurlayaraq bu kamerada onları zorlamaq, işgəncə vermək, sonra da dəmir masada doğrayaraq soyuduca saxlamaq fikrində idi.
"Uşaq ətinin dadı başqadır. Əladır. O uşaqları şaqqalayıb bişirmək və yemək istəyirdim. Uşaq əti məni həmişə cavan saxlayacaqdı", - Ceffri Potuey polisdə verdiyi ifadəsində bildirib.
Potueyin sözlərinə görə, o, "ilk mərhələ"də 5 yaşlı qız və 8 yaşlı oğlan oğurlayaraq kameraya salmağı planlaşdırıbmış.
Oğlan dəmir qəfəsdə, qız isə kameranın ortasındakı tabutda saxlanacaqdı.
Britaniya vətəndaşı olan Potueyin məhkəməsi başa çatandan sonra onun Londona ekstradisiyası gözlənilir.
Polisdən verilən məlumata görə, Potuey oğlanla qızı zorlayandan sonra oğlanı xədim etmək, qızın isə süd vəzlərini kəsib götürməyi planlaşdırıbmış.
Kamerada onlarla skalpel, qəssab bıçaqları, cərrahiyyə alətləri də tapılıb.
Potuey habelə uşaq pornoqrafiyası yaymaqda suçlanır. O, internetdə tanış olduğu əxlaqsızlara 4500-dən artıq uşaq pornoqrafiyası şəkilləri yollayıb.
Vorçester şəhərinin Biçmont Strit küçəsindəki evin zirzəmisində Potueyin zorlayandan sonra boğazlayacağı uşağın cəsədinin şaqqalanması üçün xüsusi məngənə və tutqaclar da tapılıb.
Milli.Az
Xəbərin mənbəyi: Feds seeking 27 years in child porn, 'cannibal' case