iOS 7-nin gələcəyi gün açıqlandı

11 Sentyabr 2013 19:57
iOS 7 mobil əməliyyat sistemi sentyabrın 18-də çıxarılacaq.

iPhone 4, 4S və 5 smartfonları, iPad 2, 3, 4 və iPad mini planşetləri, beşinci nəsil iPod touch pleyerlərinin sahibləri yeni əməliyyat sistemini yeniləmə şəklində quraşdıra biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iOS 7 platforması görünüşcə Appleın mobil əməliyyat sistemlərinin əvvəlki versiyalarından fərqlənir.

Yeni platformada populyar sazlamalara sürətli giriş funksiyasına malik mükəmməlləşdirilmiş İdarə mərkəzi (Control Center), AirDrop protokolu və iTunes Radio musiqi xidməti kimi yeniliklər həyata keçirilib.

Xatırladaq ki, iOS 7 platforması iyunun 10-da təqdim edilib. Amerika şirkətinin aparıcı dizayneri Conatan Ayv əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib.

App Storenin Bakı nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan istifadəçiləri də sentyabr ayının 18-i iOS 7 mobil əməliyyat sisteminin öz smartfonlarına yükləyə biləcəklər.

Milli.Az