Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun ölkəsi heç bir halda Rusiyanın bir parçası olmayacaq və Rusiya rəhbərliyi birbaşa olaraq belə bir təklifdə bulunmayıb.
"Bilirsinizmi, keçmişdə belə ehyamlar olub və mən onlara çox sərt reaksiya göstərmişəm" - deyib Belarus prezidenti Bloomberg saytına müsahibəsində.
Onun sözlərinə görə, "Qərbin Belarusa qoyduğu sanksiyalar anaxronizmdir və nəinki Rusiyanı, heç balaca Belarusu da boğmaq gücündə deyil".
Milli.Az BBC-yə istinadən bildirir ki, Lukaşenkonun fikrincə, "siyasətçilərin və jurnalistlərin iddialarına baxmayaraq, Putinin "imperiya ambisiyaları" yoxdur".
Bununla belə, o məsləhət görüb ki, "Rusiyaya çox da barmaq uzatmasınlar və ələlxüsus da dəyənək çəkməsinlər".
O deyib ki, "rus mentaliteti dəyənəyi cavabsız buraxmaz".
Milli.Az