Xbox Music indi iOS və Android-də

12 Sentyabr 2013 00:26
Microsoft korporasiyası Android və iOS platformaları ilə işləyən mobil qurğular üçün Xbox Music xidmətinin musiqi tətbiqini istifadəyə verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən tətbiq Xbox Music xidmətinin kolleksiyasındakı musiqiləri axın rejimində (yəni qurğuda saxlama imkanı olmadan) səsləndirməyə imkan verir.

Xidmət abunə sistemi üzrə işləyir. Ay ərzində tətbiq vasitəsilə musiqilərə qulaq asmaq üçün 10 ABŞ dolları ödəmək lazımdır.

Android və iOS platformaları üçün tətbiq çıxarılmasından başqa Xbox Music xidmətinin veb-versiyası təqdim edilib. Sayt üzərindən ödənişsiz musiqi dinləmək mümkündür. Lakin reklamlar olacaq.

Xbox Music xidməti 2012-ci ilin oktyabrından fəaliyyət göstərir. Onun kolleksiyasına 30 milyondan çox musiqi daxildir.

Milli.Az