Kəbənin içində nə var?

11 Sentyabr 2013 19:54
Milli.Az İslam.az-a istinadən bildirir ki, Kəbənin içərisinin divarları və döşəməsi mərmərlə örtülüdür. Ortada 3 taxta dirək vardır, bunlar Kəbənin damını saxlayır. Qapıdan sağ tərəfdəki küncdə Kəbənin damına qalxmaq üçün pilləkən vardır. Divarlarda müxtəlif Quran ayələri və müqəddəs kəlmələr yazılmış mərmər plitələr quraşdırılıb.

Kəbənin tavanından çəkilmiş ip boyunca çoxlu çilçıraq və qəndil asılıb. Bunları əsasən müxtəlif dövrlərdə hökmdarlar Kəbəyə hədiyyə ediblər. İslamdan əvvəl Kəbənin içində və damında bütlər, rəsmlər (ikonalar) qoyulurdu. Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra bu bütləri və rəsmləri Kəbədən kənarlaşdırdı, məhv etdirdi.

Milli.Az