11 sentyabr terrorundan 12 il keçdi - YENİLƏNİB - FOTOSESSİYA

11 Sentyabr 2013 10:36
10:01

Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirib.

Milli.Az Vikipediaya istinadən xəbər verir ki, 12 il əvvəl yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Olaylarda 3 minə yaxın sadə vətəndaş öldü, 6 mindən çox insan yaralandı.

Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlaması, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlar keçirməsi və dünyada intensiv anti-İslam təbliğatının aparılması üçün bəhanə oldu.

Milli.Az

----------
10:36

Böyütmək üçün şəkillərə klikləyin.