Milli.Az ICTnews-a istinadən bildirir ki, Intel korporasiyası tərəfindən hazırlanan WiDi (Wireless Display) texnologiyası kontentin noutbukdan televizor və ya monitora simsiz ötürülməsini təmin edir. Sistem Wi-Fi standartına əsaslanmaqla uyğun panellərdə yüksək təsvir ölçüsünə malik videonu və çoxkanallı səsi nümayiş etdirməyə imkan verir. 3.5 WiDi versiyası əlavə olaraq Miracastı (19 sentyabr 2012-ci ildə Wi-Fi Alliance tərəfindən təsdiq olunan multimedia siqnalının simsiz ötürülməsi standartı) dəstəkləyir.
Qeyd olunur ki, LG Display şirkətinin təqdim etdiyi maye-kristal panel 23,8 düymlük diaqonala malikdir (ekranın təsvir ölçüsü barədə məlumat verilmir). WiDi-ın dəstəklənməsini təmin edən çip bilavasitə maye-kristal modula quraşdırılıb.
Yeni qurğu sentyabrın 10-12-də San-Fransiskoda keçiriləcək Intel Developer Forum 2013 tərtibatçılar forumunda təqdim olunacaq.
Milli.Az