Gəlin təzə bəyi öldürdü: "Məni bezdirdi" - FOTO

10 Sentyabr 2013 10:05
ABŞ-da Cordan Linn Qrehem həbs olunub. Montana ştatının 22 yaşlı sakini olan bu xanım Federal Təhqiqat Bürosunun (FBİ) əməkdaşlarına verdiyi ifadəsində bildirib ki, əri, 25 yaşlı Kodi Li Consonu qətlə yetirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə iyulun 7-də Qleyzer Milli Parkında baş verib. İki ay əvvəl toyları olmuş Consonla Qrehem uçurumun kənarı ilə meşəliyə tərəf gedəndə onlar mübahisə etməyə başlayıblar.

Az sonra isə Cordan sinirlənib və uçurumun kənarındakı ərini, təzə bəy Kodini itələyib.

"Loop Trail" səmtindəki uçurumdan düşən Kodi Li Conson həlak olub.

"O, məni laqeydlikdə suçladı. Sonra dedi: "Olmaya məni bəyənmirsən, mənə ərə gəlməyinə peşmansan?! Olmaya mənə xəyanət edirsən, məşuqun var?!" Bu sözlərə çox sinirləndim.

Getmək istəyirdim. Kodinin bu ittihamlarını eşidəndə geri çevrildim və onu itələdim. Məni bezdirdi. Amma baş verənlərə üzülürəm, peşmanam. Çox peşmanam", - Cordan Linn Qrehem deyib.

İyulun 8-də Kodi Li Conson itkin düşmüş elan edildi və onun axtarışlarına başlandı.

Qrehem ağlayır, iki aylıq ərinin tapılması üçün dua etdiyini deyirdi.

Ona "Ərinin cəsədi tapıldı" deyəndə isə təzə gəlin hönkürməyə başlayıb.

Hazırda Cordan Linn Qrehemin məhkəməsi başlanıb.

Hakim Yeremiya Linçin dediyinə görə, toyundan az sonra ərini öldürmüş qadının "məkr və qəddarlığına heyrət edir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Fotolar: Daily Mail