Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı Zarifi Edris Hosseinin idarə etdiyi, İran İslam Respublikası vətəndaşı Nasiri Mohammad Feizollahın sərnişini olduğu "Samand LX" markalı, "69 B 898-10" dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilmiş 15 ədəd plastik qablarda külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülüb.Azərbaycan gömrükçüləri tərəfindən İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi faktları aşkarlanıb