Samuel Eto`O karyerasına son qoydu
9 Sentyabr 2013 13:58
Kamerun yığmasının hücumçusu Samuel Eto'O yığmada karyerasına son qoydu.
Milli.Az Fransanın "Ekip" jurnalına istinadən xəbər verir ki, bunu forvard DÇ 2014-ün seçmə mərhələsində Liviyaya (1:0) qarşı oyundan sonra soyunub-geyinmə otağında bildirib.
Kamerun yığması "İ" qrupunda qələbə qazanaraq 3-cü seçmə mərhələyə adlayıb.
Soyunub-geyinmə otağında 32 yaşlı idmançı komanda yoldaşlarına şəxsi durumuna görə qərar verdiyini bildirib. Eto'O yığma ilə otelə getməyib.
Samuel Eto'O 1996-cı ildən yığmada oynayır. 112 oyuna 55 qol vurub. Forvard bu yay "Anji" klubundan "Çelsi"yə keçib və 1 illik müqavilə bağlayıb.
Tuncay Türbəndəzadə
Milli.Az