Modaya əməl etmək lazımdırmı? - MÜZAKİRƏ

9 Sentyabr 2013 13:04
"Əgər hansısa qadın sizi heyrətləndirdisə, amma siz onun nə geyindiyini xatırlamırsınızsa, deməli, o, ideal geyinmişdi". Milli.Az Day.az saytına istinadən xəbər verir ki, bu sözlər Koko Şanelə məxsusdur.

Yeri gəlmişkən, dünyanın moda nəhənglərindən sayılan bu qadın deməyib ki, "qadın dəblə geyinib", o, "ideal" sözünü işlədib. Demək istəyib ki, bu iki anlayış həmişə sinonim olmur.

Zərif cinsin problemi də məhz bundadır. Onlar hesab edirlər ki, nə dəbdədirsə, deməli, o yaxşıdır. Bununla yanaşı, individuallıq, bədən quruluşu və digər şərtlər unudulur. Gəlin unutmayaq ki, əziz xanımlar, sizin geyindiyiniz hər şey yuxarıda göstərilən şərtlərə uyğun olmur. Hərdən bir qızın geyindiyi şalvarın çox yöndəmsiz olduğu görünür. Ya da ayaqlarının ideal olmadığı halda mini yubka geyinən qızlar olur.

Belə halları kişilər haqda da demək olar. Dar paltarı idmançı bədən quruluşuna malik adamlar geyinəndə zərif cinsin nümayəndələrinin diqqətini cəlb edir. Ancaq belə paltarları həddən artıq arıq və ya kök kişilər geyinəndə heç də göz oxşamır.

Əziz oxucular, bəs siz bu məsələlər barədə nə düşünürsünüz?

Milli.Az