Bəşər Əsəd kimyəvi silahın tətbiqində öz iştirakını inkar edir

9 Sentyabr 2013 11:05
Suriya prezidenti Bəşər Əsəd Dəməşq ətrafında kimyəvi hücumlarda öz iştirakını inkar edir. Bunu PBS telekanalının aparıcısı Çarli Rouz Dəməşqdə Suriya lideri ilə onun iqamətgahında söhbət etdikdən sonra bildirib.

Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Bu iki il ərzində Suriya rəhbərinin ABŞ mətbuatına, demək olar ki, ilk verdiyi müsahibədir. Digər ABŞ telekanalı CBS-in efirində çıxış edərkən Rouz deyib ki, Əsəd Dəməşq ətrafında avqustun 21-də kimyəvi hücumlarda öz iştirakını inkar edib.

Onun sözlərinə görə, Suriya prezidenti belə deyib: "Heç bir sübut yoxdur ki, mən öz xalqıma qarşı kimyəvi silah tətbiq etmişəm". Əsəd həmçinin öz narahatlığını bildirib ki, Suriyaya qarşı hərbi əməliyyatlar ölkədə güc balansını poza bilər.

Ehtimal olunur ki, müsahibə bazar ertəsi axşam PBS-in efirində "Çarli Rouzun Şousu" proqramında nümayiş olunacaq. Onun fraqmentlərinin həmçinin CBS-in səhər teleproqramlarında da nümayişi planlaşdırılır.

Milli.Az