Milli Məclis dövlət büdcəsini müzakirə edəcək - 3D - FOTO
9 Sentyabr 2013 09:25
Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır.
Bu barədə AzərTAc-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir.
A.Təvəkküloğlu demişdir ki, sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaqdır.
Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaqdır. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.
Milli.Az
Aşağıda Milli Məclisin baku3d.az saytı tərəfindən hazırlanan 3D görüntüsü təqdim olunur.