İnternet saytları hesablandı

6 Sentyabr 2013 20:15
Netcraft analitik şirkətinin sentyabrın 1-nə olan məlumatına əsasən, internetdə 739 032 236 sayt fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 22,2 milyon çoxdur. Son ayda Nginx veb-serveri xidmət göstərdiyi saytların bazasını 7,4 milyon artırıb və hazırda onun bazası internetdə fəaliyyət göstərən saytların 15%-ni təşkil edir.

Xatırladaq ki, bu yaxınlarda Nginx tərtibatçıları sözügedən veb-serverin kommersiya versiyasını istifadəyə veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son ayda Apache veb-serveri tərəfindən xidmət göstərilən saytların sayı 9,7 milyon artıb və hazırda onun bu seqmentdə payı 64% təşkil edir.

Milli.Az