Wikileaks-in serveri satılır

6 Sentyabr 2013 23:12
İsveçin Bahnhof hostinq-provayderi Wikileaksin məlumatlarının saxlanılması üçün istifadə olunan Dell Poweredge R410 serverini eBay hərracında satışa çıxarıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əsası avstraliyalı Culian Assanc tərəfindən qoyulmuş Wikileaks qeyri-kommersiya layihəsi 2007-ci ildə istifadəyə verilib. Layihənin əsas məqsədi məxfi məlumatların ictimaiyyətə çatdırılması olub. Wikileaks Amerikanın rəsmi şəxslərinin 100 minlərlə xidməti sənədini dərc edib.

Dünyanın mövqeyini dəyişdirən server hərraca çıxarılıb. Bu, sərt disk, sistem lövhə və digər komponentlərlə təchiz edilmiş fiziki veb-serverdir. Onu işə salmaq və istifadə etmək olar. Sözügedən server Wikileaksdan başqa digər müştərilər tərəfindən istifadə olunmayıb - məhsulun təsvirində bu cür yazılıb.

Milli.Az