Xaçmazda Yaponiyanın qida məhsulları sərgisinin təqdimatı keçiriləcək
5 Sentyabr 2013 17:21
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiyanın JETRO təşkilatı tərəfindən "FOODEX Japan" sərgisi haqqında təqdimat keçiriləcək.
Bu barədə Trend AZPROMO-ya istinadən məlumat verir.
"FOODEX Japan" Asiya və Sakit Okean regionunun ən böyük qida məhsulları və içkilər sərgisidir və Asiya bazarına çıxış üçün geniş imkanlar yarada bilər. Bu məqsədlə 6 sentyabr 2013-cü il tarixində saat 11:00-də Xaçmaz Regional İnkişaf Mərkəzində JETRO-nun Moskva nümayəndəliyi tərəfindən iş adamları üçün təqdimat keçiriləcək. Təqdimat zamanı 2014-ci ilin mart ayında keçirilməsi nəzərdə tutulan sərgi haqqında ətraflı məlumat veriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.
Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar: Əlaqələndirici şəxs: Anar Nuriyev; telefon: +99412 5980147/48 (daxili.: 123; 108; 119); e-mail: [email protected]
Milli.Az