Qaxda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.
Milli.Az AP-ya istinadən bildirir ki, beş nəfərin yaralanması ilə nəticələnən yol qəzası Qax-Şəki magistiral yolunun 3-cü kilometrliyində, Qax rayonu ərazisində baş verib. Qax rayonu Qıpçaq kənd sakini, 1993-cü il təvəllüdlü Nəbili Orxan İlqar oğlunun idarə etdiyi VAZ 21099 markalı, 10 BL 049 dövlət nişan nömrəli avtomobil Qax şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Şəki rayon sakini, 1963-cü il təvəllüdlü Nəbiyev Cəfər Əsəbəli oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı, 10 TO 355 dövlət nişan nömrəli avtomobillə toqquşub.
Qax MRX-dan verilən məlumata görə, Şəki rayon sakini Cəfər Nəbiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Nəbi Nəbili, Orxan Nəbili, Hidayət Cumayev və Əfqan İbrahimli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Qax rayonu Qıpçaq kənd sakinləri Qax şəhərindəki şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedirlərmiş.
Milli.Az