Mercedes-Benz şirkəti G 500 kabrioletin "Final Edition 200" xüsusi modifikasiyasının bütün nüsxələrini onun Frankfurt motorşousunda premyerasına qədər artıq satıb qurtardı. Bu versiyada yolsuzluq avtomobili son üstüaçıq G-Class olacaq, çünki bundan sonra onun istehsalı dayandırılacaq.
Milli.Az 4charx-a istinadən bildirir ki, yeni model 200 nüsxə ilə məhdudlaşdırılmış tirajla buraxılacaq. Almaniyada Mercedes-Benz G 500 "Final Edition 200" qiyməti 110 min avrodan yuxarı olacaq.
Beşqapılı G-Class buraxılışı isə gözlənildiyi kimi 2015-ci ilə qədər davam edəcək.
Milli.Az