Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Hüseynov Trend-ə bildirib ki, intizam məsuliyyəti yalnız işçi intizam xətası törətdikdə yarana bilər. Belə ki, işəgötürən, işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.İşçilər əmək və icra intizamını pozduqda intizam məsuliyyətinə cəlb edilirlər