Azərbaycanda 4 avtomobil toqquşdu: yaralılar var
3 Sentyabr 2013 17:22
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, Şəmkir rayonu ərazisində
4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolununun Gürcüstan sərhədi yolununun 394-cü km-də Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini Cavid İsgəndərovun idarə etdiyi "Mitsubishi L-200 Pitap"
markalı avtomobillə Bakı şəhər sakini Leyla Mustafazadənin idarə etdiyi "Chevrolet Avea" markalı maşınla toqquşub. Toqquşmadan sonra "Chevrolet Avea" idarəetmədən çıxaraq əks istiqamət üzrə hərəkət edən Şəmkir rayon sakini Eyyub Qəhrəmanovun idarə etdiyi maşınla və Bakı şəhər sakini Samir Qasımovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı "06"nın sürücüsü S.Qasımov və "Chevrolet Avea"nın sərnişini, Qazax rayon Ağköynək kənd sakini Tünzalə Mürşüdova ağır bədən xəsarətləri alaraq Şəmkir MRX-nın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan TTV-yə bildirilib ki, T.Mürşüdovanın vəziyyəti ağırdır. Faktla bağlı BDYPİ-nin İT bölməsində araşdırma aparılır.
Milli.Az