Dodge Challenger gücləndi - FOTO

3 Sentyabr 2013 21:36
Amerikan şirkəti "Ultimate Auto" bütün yerli insanların ən sevimli masl karı olan "Dodge Challenger"-i tamamladı. Avtomobili banın qabaritlərini artıran təcavüzkar asılqan və böyük təkər diskləri ilə təchiz ediblər. Bununla yanaşı Floridalılar güc aqreqatını yeniləyərək faydalı iş əmsalını artırmış, səsi daha da yaxşılaşdırmış, daxili bəzəkləri yeniləmiş və sürücü və sərnişinlərin yol boyu darıxmamaları üçün güclü akustika sistemi quraşdırmışlar.

Milli.Az Auto.az-a istinadən bildirir ki, fərdi sifariş əsasında hazırlanmış bodi-kit qabaq bamper splitterindən, yan ətəklərdən, daha böyük qanadlardan, yenidən işlənmiş arxa bamperdən və baqaj qabağının kənarında yerləşdirilmiş spoylerdən ibarətdir. Radiator barmaqlığının qırmızı cizgisi, ventilyasiya olunan kapot, iki rəngli 24-düymlük "Savini" diskləri və ultra geniş "Pirelli" şinləri (arxa təkərlərin eni 405 mm-dir) idman kupesinə fərdilik qatır.

Avtomobilin salonu qırmızı alkantara ilə bəzənib. "Ultimate Auto" komandası 6.4-litrlik V8 Hemi mühərrikini daha güclü səsə malik "Magnaflow" qazburaxma sistemi ilə təchiz ediblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.