Məşhur müğənni soyundu: "Yaxşı arvad ola bilmədim, amma yaxşı anayam" - FOTO

3 Sentyabr 2013 09:54
Məşhur müğənni, 31 yaşlı britaniyalı Nataşa Hemilton ailəsinin dağılmasına təəssüflənməklə yanaşı, ruhdan düşmədiyini deyir.

O, bütün çətinliklərə rəğmən, yaşamaq və yaratmaq əzmində olduğunu vurğulayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Riad Erracidən boşanandan sonra üç oğlunu - 11 yaşlı Coş, 8 yaşlı Harri və 3 yaşlı Alfini təkbaşına böyütmək məcburiyyətində qalan Nataşa Hemilton "Closer" jurnalı üçün lüt fotosessiyaya çəkilib.

"Təbii, nikahın dağılmasından sonra emosional çöküntü oldu. Amma daha güclü olaraq irəliləmək məcburiyyətində qaldığımı anlamadım. Övladlarımı düşünməliydim, - müğənni deyib. - Riadla problemləri güzəştlərlə həll edə biləcəyimizi düşünürdüm. Alınmadı. O biznesmendir, mən sənətçi. İşlərimiz o qədər çox idi ki, ailə dəyərlərini, ailənin önəmini qulaqardına vurduq. Ərlə arvad kimi yox, dostlar kimi yaşayırdıq. Yaxşı arvad ola bilmədim, amma yaxşı anayam".

Bu yaxınlarda Nataşa Hemilton "Geordie Shore" şousunun ulduzlarından biri Viki Pattisonla görüşməyə başlayıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Daily Mail