Peugeot-dan Mercedes-ə rəqib - FOTO

2 Sentyabr 2013 22:36
Peugeot -nun BMW X3, Mercedes-Benz GLK və Audi Q5 kimi modellərə birbaşa rəqib olacaq yeni avtomobili haqqında ilk təfərrüatlar məlum olub. Auto Bild dərgisinin bildirdiyini görə Peugeot-dan "mötəbər" krossover bazarda 2015-ci ildə peyda olmalıdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, model Peugeot 6008 adlanacaq və DS sıradan yeni Citroen platformasında hazırlanacaq. Modelin premyerası Frankfurt avtosalonunda olacaq. Yeni Peugeot uzunluğu 4,75 m çatacaq, həm də yeni modelin xarici görünüşünü SUV üçün heç də səciyyəvi hesab etmək olmaz: avtomobil uzun kapot, qısa çıxıntılar və düz xəttli dam əldə edəcək.

Peugeot 6008 kapotunun altında BMW ilə birgə hazırlanmış dörd silindrli mühərriklərin yer alacağı gözlənilir. Söhbət 160-240 a.g. hasil edən benzin və 135-180 a.g. hasil edən duzel mhərriklərindən gedir.

Peugeot 6008 krossoverin mümkün təqdimat yeri haqqında məlumat verilmir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.