Çərpələnəglər buludlara qalxdı - FOTOSESSİYA

2 Sentyabr 2013 20:38
İngiltərənin Bristol şəhərində ənənəvi çərpələng və hava şarları festivalı keçirilib.

Milli.Az bildirir ki, on minlərlə tamaşaçının qatıldığı bayramda səmada yüzlərlə çərpələng və hava şarı vardı. Onlar 3D heyvanlara, nağıl obrazlarına bənzəyirdilər.

Festivalda Küveytin bayrağı formasında nəhəng hava şarı da səmaya qaldırılıb. Bayrağın uzunluğu 42 metr, eni 25 metr idi.

26 ildən bəri keçirilən Hava Şarı və Çərpələnglər Festivalındakı bu nəhəng, sahəsi 1019 m2 olan bayraq Küveytdəki əl Farsi ailəsinin sifarişi ilə hazırlanıb. 2500 metr neylon parçadan tikilmiş bayraq 750 saata Yeni Zelandiyada, məşhur usta Piter Linn tərəfindən ərsəyə gətirilib.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Daily Mail