Fateh Terim seçimini etdi - SİYAHI
31 Avqust 2013 22:46
Türkiyə millisinin 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ələmə mərhələsində Andorra və Rumıniyaya qarşı oyuna çıxacaq futbolçuların adları açıqlanıb.
Milli.Az Lent.az-a istinadən bildirir ki, ay-ulduzlular sentyabrın 6-da Kayseri Böyükşəhər bələdiyyə stadionunda Bakı vaxtı ilə 23.00-da Andorra ilə qarşılaşacaq. Sentyabrın 10-da isə Buxarestdə Rumıniyaya qarşı oynayacaq.
Baş məşqçi Fateh Terimin milli komandada oynadacağı futbolçuların adlarıni diqqətinizə çatdırırıq:
"BEŞİKTAŞ": Olcay Şahan, Gökhan Töre, Tolga Zengin, Ersan Adem Gülüm, Oğuzhan Özyakup, Mustafa Pektemek;
"FƏNƏRBAXÇA": Alper Potuk, Gökhan Gönül, Volkan Demirel, Caner Erkin, Hasan Ali Kaldırım, Mehmet Topal;
"QALATASARAY": Burak Yılmaz, Umut Bulut, Selçuk İnan, Semih Kaya;
"KAYSERİSPOR": Salih Dursun
"TRABZONSPOR": Onur Recep Kıvrak, Aykut Demir
"ATLETİKO MADRİD": Arda Turan
"BAYER" LEVERKUZEN: Ömer Toprak
"BORUSSİYA" DORTMUND: Nuri Şahin
"HAMBURG": Hakan Çalhanoğlu
"RENNES": Mevlut Erdinç.
Milli.Az