Mətbəx sirləri: Karri ilə xiyar şorabası - FOTO

1 Sentyabr 2013 07:00

Milli.Az vpuzo.ru-ya istinadən karri ilə xiyar şorabasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1,1-1,2 kq xiyar
4 budaq şüyüd, cəfəri
2 baş soğan
150 ml 9%-li sirkə
2 x.q. iri duz
3 x.q. şəkər tozu
2 ç.q. quru, dənəvər xardal
2 dəfnə yarpağı
1,5 x.q. karri tozu
1,5 l su

Yaxşıca yuyulmuş 2-litrlik bankanın dibinə bir ədəd dörd yerə bölünmüş soğan, 1 ç.q. dənəvər xardal, 1 budaq şüyüd, 1 budaq cəfəri qoyun.



Xiyarları yaxşıca yuyun, fal-fal (qalın) doğrayıb bankalara doldurun.




Duzlu su: suyu qaynadın, qaynara düşəndə duz, şəkər tozu və karrini əlavə edin. 



Dəfnə yarpağı əlavə edin, daha 3 dəqiqə qaynadın. Qaynar-qaynar xiyarların üstünə tökün. Bankaların ağzına qapaq qoyub 10 dəqiqə sterilizə edin. Bağlayın, bankaları çevirin, adyala bükün, tam soyuyanadək belə saxlayın. Sonra soyuq yerdə saxlayın.
 


Nuş olsun!

Milli.Az