Səməd Seyidov müzakirələrə qatılacaq
30 Avqust 2013 19:05
Sentyabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçiriləcək.
Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tədbirdə Albaniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Azərbaycanda və Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək AŞPA nümayəndə heyətlərinin tərkiblərinin müəyyənləşdirilməsi, İordaniya Krallığının demokratiya üzrə tərəfdaş statusu əldə etməsi üçün AŞPA-ya müraciətinin müzakirəsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 3-də başa çatacaq.
Milli.Az