Skype-ın 10 yaşı oldu

30 Avqust 2013 21:55
Skype internet-telefoniya xidməti 10 yaşını qeyd edir. Hazırda təxminən hər üç beynəlxalq zəngdən biri "Skype" üzərindən həyata keçirilir. Sözügedən xidmətin yaradıcıları - isveçli Niklas Zennstrom və danimarkalı Yanus Fris onu 2003-cü ildə 3,1 milyard dollar qiymətinə Ebay şirkətinə sataraq işdən uzaqlaşıblar. Sonuncu internet-telefoniya xidməti vasitəsilə gəlir əldə etsə də, lakin onu ümumi struktura inteqrasiya edə bilməyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Skype"ın ilk server kommutasiyası 2003-cü il avqustun 29-da Tallində işə salınıb və o zaman şirkət Sadəcə işləyən ödənişsiz internet-telefon şüarını irəli sürüb.

Telegeographynin məlumatlarına əsasən, "Skype" artım tempinə görə bütün ənənəvi telefon rabitəsi operatorlarını üstələyir. İnternet-telefoniya xidmətinin əməkdaşları deyiblər ki, onların həlli beynəlxalq rabitə sisteminə öz təsirini göstərib, lakin 2008-ci ildən artım tempi zəifləyib, halbuki şirkət daha böyük uğur qazana bilərdi.

2005-ci ildə Skype mətn mesajlarını tətbiq etməyə başlayıb. Lakin şirkət ani mesaj dünyasında üstünlük əldə edə bilməyib, hərçənd ki, 2007-ci ildə mesajlar trafikin həcminə görə səsli ünsiyyəti üstələyib. Videoünsiyyət həmişə əsas, mətn mesajları isə ikinci olub - "Skype"ın sabiq mühəndisi Xenn Rukel deyib.

Həmçinin o deyib ki, şirkətin ən böyük korporativ səhvi onunla bağlı olub ki, o, yalnız səsli zənglər vasitəsilə gəlir əldə edib, başqa xidmətlər isə kommersiyalaşdırma üçün lazımınca inkişaf etdirilməyib.

Milli.Az