"AZERNEWS" qəzetinin növbəti sayında nəyi oxuya bilərsiniz? - FOTO

30 Avqust 2013 10:40

Neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.
 

Avropada kifayət qədər məşhur olan neon sənətinin Azərbaycandakı ən görkəmli nümayəndəsi Fərid Ələkbərovdur. AZERNEWS onlayn qəzetinin 30 avqust çap buraxılışı sizə Şərqdə yeganə neon sənəti ustası olan Fərid Ələkbərovla eksklüziv müsahibə təqdim edəcək.
 

Yeni sayda həmçinin oxucular Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatı, Azərbaycanda nikaha daxil olan şəxslərin hansı xəstəliklərə görə icbari tibbi müayinədən keçəcəkləri, həcc ziyarətinə hazırlaşan azərbaycanlı zəvvarların tibbi personalla müşayiət olunması, 12 metrlik rezin ördəyin Bakı macəraları, iqtisadçı ekspert Artur Brayanın Mərkəzi Asiya və Qafqaz regionunda davamlı inkişafı təmin edən səbəblər haqqında fikirləri və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
 

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

 Böyütmək üçün şəklə klikləyin.