İşıqlı xəbərlər artır

29 Avqust 2013 22:54
Ovum analitik şirkətinin tədqiqatına əsasən, 2013-cü ilin ikinci rübündə optik lifli şəbəkələr üçün avadanlıq bazarının həcmi ötən rüblə müqayisədə 29% artaraq 4,1 milyard dollar təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, illik hesablama üzrə sözügedən bazarın həcmi 14,9 milyard dollara çatıb.

Çinin Huawei və ZTE şirkətləri daha yaxşı nəticə göstərib. İlə təkrar Şimali Amerika bazarında Alcatel-Lucent, Cisco, Ciena və Fujitsu şirkətləri liderlik edir.

Avropa, Yaxın Şərq, Afrika, həmçinin Cənubi və Mərkəzi Amerikada aşağı nəticə qeydə alınıb.

Ovum analitik şirkətinin proqnozuna görə, 2018-ci ilədək optik-lif şəbəkə bazarının həcmi 17 milyard dollar olacaq.

Milli.Az