Azərbaycanlı dizaynerdən yeni Aston Martin - FOTO

10 Sentyabr 2013 18:33
"Ferrari" üçün konsept hazırlayaraq 2011-ci ildə "Ferrari World Design Contest" müsabiqəsində 2-ci yer tutmuş Samir Sadıqov kütləyə yeni yaradıcılığını - konsept "Aston Martin DBC"-ni təqdim etdi. Təqdim olunmuş şəkillər bir daha təsdiq edir ki, bu cür dizaynı olan model seriyalı buraxılışa layiqdir.

Milli.Az Auto.az-a istinadən bildirir ki, DBS - Azərbaycanlı dizaynerin şəxsi işidir. Burada məşhur superkarın mühərriki ortada yerləşdirilmiş və arxa ötürücülü olmuş, "Aston Martin" üçün ənənəvi olaraq qabaq barmaqlıq və avtomobilin tam müasir görünüşü üçün yan cizgilər almışdır.

Ümumilikdə, superkarın konsepti dar kostyum geyinərək əzələlərinin böyüklüyü görünən idmançını xatırladır. Samir Sadıqov özü layihəsini "Müasir Aston Martin" adlandırır.

Öz işi barədə məlumat verən dizayner demişdir ki, o qarşısında qoyduğu məqsəd o idi ki, sportkarın dizaynı əla formada olan enerjili avtomobil təəssüratı yaratsın və eyni zamanda, onda "Aston Martin" cizgiləri qalsın.

Dizaynerin qarşısına qoyduğu digər məqsəd isə ondan ibarət idi ki, xarici görünüş və texniki xarakteristika "Aston Martin" üçün nadir olsun və asanlıqla seriyalı istehsala buraxıla bilsin.

Samir Sadıqovun bundan əvvəl "Ferrari" üçün hazırlanmış "Xezri" adlı layihəsi yeganə deyildi. Onun konseptləri arasında layiqli yerlərdən birini də tam ölçülü "Cadillac C-Ville" tutur ki, o XTS-dən daha zərif, lakin azərbaycanlı dizayner sayəsində idmansayağı görünür.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.