“Kurtlar Vadisi Pusu”nun başlama vaxtı açıqlandı -VİDEO

14 Sentyabr 2010 13:37
Artıq yeni seriyanın anonsu da yayılıb. Sonuncu seriyada həyat yoldaşını və qızını itirən Polad Alemdar yeni qərarlar qəbul edir. O, üzünü dəyişdirməyə və yeni bir həyata başlamağa hazırlaşır. Lakin sonradan aldığı bir xəbər bu planın gerçəkləşməsini ləngidir.

Serialın 94-cü seriyası sentyabrın 23-də ATV telekanalı ilə yayımlanacaq. Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" ötən mövsüm "Star" telekanalı ilə yayımlanırdı.

Milli.Az