Əmanətçilərinə ən çox gəlir gətirən fond hansıdır?

14 Sentyabr 2010 09:55
"The Financial Times" bildirir ki, 1973-cü ildə "Guantum"un yaranmasından bəri fondun əmanətçilərinin gəlirlərinin toplam həcmi $32 milyard təşkil edib.

Dünyanın ən gəlirli hec-fondlarının reytinqində ikinci pillədə ipoteka biznesində varlanmış amerikalı iş adamı Con Polsonun "Paulson & Co" fondu var. Bu fondun əmanətçiləri $26,4 milyard qazanıblar.

Halbuki 1994-cü ildə yaradılmış bu fond "Guantum"dan 21 il "cavan"dır. Buna rəğmən, Poulsonun hec-fondu $33 milyard, Sorosun fondu isə $28 milyardlıq aktivlərə malikdir.

Aktivlərin həcmi baxımından rekord göstəriciyə isə "Bridgewater Pure Alpha" malikdir. Bu fondun $52 milyardlıq aktivləri var.

Amerikalı maliyyəçi Rey Dalioya məxsus sözügedən fondun əmanətçiləri $13,3 milyard qazanıblar.

Ümumiyyətlə isə, dünyanın aparıcı 10 hec-fondunun investorlarının gəlirləri $154 milyard olub. Bu isə 7 min hec-fondun gəlirlərinin 1/3 hissəsinə bərabərdir.

/Ekspress/