Avtomobilinin şüşəsi sındırılan teleaparıcımız: "İnsanların vəhşiliyinə bax ki..." - YENİLƏNİB - FOTO

28 Avqust 2013 16:47

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın maşının şüşəsinin sındırılması ilə bağlı "ATV Olay" proqramında məlumat verməsi və "Mozambik eyvanlarından belə görüblər" - ifadəsi birmənalı qarşılanmayıb


16:47


Bəziləri bunu təhqir kimi qiymətləndiriblər.

Publika.az-a bu barədə açıqlama verən aparıcı xanım heç də fikirlərində təhqirə yol vermədiyini, əksinə, özünün təhqir olunduğunu bildirdi:

"İnsanların vəhşiliyinə bax ki, küçədəki uşaqları belə, nəzərə almırlar. Bəlkə elə o əşya, zir-zibil uşaqların başına düşəydi, onda necə olacaqdı? Mən əslində özümü deyil, onarı düşünərək bu məsələni proqramda qabartdım".

Onu da öyrəndik ki, aparıcı avtomobilini hələ təmir etdirməyib, heç etdirmək fikri də yoxdur:

"Mən tərsəm, dediyimi edirəm. Avtomobili zəhmət çəkib özləri təmir etsinlər. Məsələ burasındadır ki, həmin evin sahibi gəlib məndən üzr də istəmədi. Niyə güzəştə getməliyəm ki?"


----------
15:53

Mətanət Əliverdiyeva gözə gəldiyini deyir

Milli.Az-ın məlumatına görə günün diqqət çəkən xəbərlərindən biri də Azərbaycanın tanınmış xəbər aparıcısı Mətanət Əliverdiyevanın avtomobilinin şüşəsinin sındırılmasıdır.
 

"ATV Olay" verilişinin populyar siması hadisə baş verəndən bir gün əvvəl xalq artisti İlhamə Quliyevanın özəl gecəsinə dəvət olunanlar sırasında idi.

Komplekssiz Mətanət ifa etdiyi rəqsi ilə çoxlarını təəccübləndirməyə müvəffəq olmuşdu.

Fotokameramız önünə keçib şəkil çəkdirdiyi zaman ayaqüstü söhbət etmək imkanımız da oldu: "Bəd nəzər var, buna inanıram.

Sübut kimi tez-tez gözə gəlməyimi göstərə bilərəm. Lakin belə şeylər məni qorxutmur, çünki istənilən pis enerjini özümdən kənarlaşdırmaq gücündəyəm".


Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.