Litva hökuməti Azərbaycan və Macarıstandakı səfirlərinin taleyini həll etməlidir

28 Avqust 2013 13:38
Çərşənbə günü Litvanın Nazirlər Kabineti ölkənin xarici işlər naziri Linas Linkyavicyusun Azərbaycan və Macarıstandakı səfirlər Arturas JurauskasRenatas Yuşkanın geri çağırılması ilə bağlı təklifinə baxacaq.

Hökumət onların geri çağırılması barədə qərarı Prezidentə göndərib-göndərməmək məsələsini müzakirə edəcək.

Bu barədə Trend "ELTA" agentliyinə istinadən bildirir.

Litva Prezidenti Dalya Qribauskayte Macarıstan və Azərbaycandakı səfirlər Renatas Yuşki və Arturas Jurauskas haqqında yaranmış vəziyyəti şərh etmir.

Diplomatların qalmaqalı haqqında Litva Prezidentinin mövqeyi hökumətin qərarından sonra bildiriləcək. Bu barədə Prezidentin xarici ticarət məsələləri üzrə müşaviri Laurinas Yonaviçyus bildirib.

Bazar ertəsi diplomatlarla bağlı qalmaqalı araşdıran Xarici İşlər Komitəsi (XİK) telefonda kəskin ifadələr işlətmiş Yuşka və Jurauskasın vəzifələrindən kənarlaşdırılmalı olduqlarını qərara alıb. Xarici işlər naziri Linas Linkyaviçyus isə öz fikrində qalıb və bildirib ki, diplomatlar tutduqları vəzifələrindən çıxarılmalı, lakin diplomatik xidmətdə qalmalıdırlar.

Prezidentin hansı mövqeni dəstəkləməsi sualına gəldikdə Yonaviçyus bildirib ki, bu, tələsik sualdır.

Prezidentin müşaviri "Jinya Radiyas" radiostansiyasına çərşənbə axşamı açıqlamasında bildirib: "Hazırda yalnız onu deyə bilərəm ki, bütün prosedur qaydalarına uyğun olaraq biz hökumətin təkliflərini gözləyirik və bu təkliflər ortalıqda olan kimi qərar qəbul ediləcək".

Qeyd edək ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyi güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva Parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Milli.Az