"Alternative Energy" jurnalının ilk nömrəsi işıq üzü görüb - FOTO

27 Avqust 2013 14:06
"Alternative Energy" jurnalının ilk nömrəsi işıq üzü görüb.

Trend bildirir ki, jurnalda Avropa İttifaqının ətraf mühit üzrə komissarı Yanez Potoçnikin, Aİ-nin iqlim məsələləri üzrə komissarı Konni Xedeqordun, Qazaxıstan Respublikasının baş nazirinin müavini - sənaye və yeni texnologiyaları naziri Aset İsekeşevin, Ümumdünya Külək Enerjisi Şurasının baş katibi Stiv Soyerın müsahibələri dərc edilib.

Jurnal "Alternative Energy International Media Group" MMC tərəfindən dərc edilir. Jurnalın birinci buraxılışı Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) və Caspian Energy International Media Group dəstəyi ilə dərc edilmişdir.

Həmçinin yaxın zamanlarda alternativ və bərpa olunan enerji mənbələri sahəsində hadisələri işıqlandıran internet-portalı fəaliyyətə başlayacaq - www.altrenergy.com

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.