Litvada Azərbaycanla bağlı diplomat qalmaqalı: prezident niyə susur?

27 Avqust 2013 13:58
Litva prezidenti Dalya Qribauskayte Macarıstan və Azərbaycandakı səfirlər Renatas YuşkiArturas Jurauskas haqqında yaranmış vəziyyəti şərh etmir.

Trend-in məlumatına görə, bu barədə "ELTA" xəbər yayıb.

Diplomatların qalmaqalı haqqında Litva prezidentinin mövqeyi hökumətin qərarından sonra bildiriləcək. Bu barədə prezidentin xarici ticarət məsələləri üzrə müşaviri Laurinas Yonaviçyus bildirib.

Bazar ertəsi diplomatlarla qalmaqalı araşdıran Xarici İşlər Komitəsi (XİK) telefonda kəskin ifadələr işlətmiş Yuşka və Jurauskasın vəzifələrindən kənarlaşdırılmalı olduqlarını qərar alıb. Xarici işlər naziri Linas Linkyaviçyus isə öz fikrində qalıb və bildirib ki, diplomatlar tutduqları vəzifələrindən çıxarılmalı, lakin diplomatik xidmətdə qalmalıdırlar.

Prezidentin hansı mövqeni dəstəkləməsi sualına gəldikdə Yonaviçyus bildirib ki, bu tələsik sualdır.

Prezidentin müşaviri "Jinya Radiyas" radiostansiyasına çərçənbə axşamı açıqlamasında bildirib: "Hazırda yalnız onu deyə bilərəm ki, bütün prosedur qaydalarına uyğun olaraq biz hökumətin təkliflərini gözləyirik və bu təkliflər ortalıqda olan kimi qərar qəbul ediləcək".

Qeyd edək ki, iyulun 8-də "YouTube" videoxidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Milli.Az