Çempionlar Liqası: "Fənərbağça" sürpriz həvəsində

27 Avqust 2013 09:37

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulur. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.
 

"Arsenal" ilə ilk oyunda darmadağın olmuş Türkiyə təmsilçisi "Fenerbahçe" cavab matçında sürpriz etməyə çalışacaq. Zaqreb "Dinamo"su da evdə uduzduğu "Austria"nın qonağı olacaq. "Ludogorets"lə mübarizə aparan "Basel" ev oyununda cütün taleyini həll etmək istəyəcək. İlk oyunları sülhlə bitmiş "Schalke" ilə PAOK, həmçinin "Steaua" ilə "Legia"nın duelləri də maraqla gözlənilir.

Səfərdə Karaqanda "Şaxtyor"una 2 cavabsız qolla məğlub olan "Celtic" evdə bunun qisasını almağa çalışacaq. "Olympique" (Lion) üzərində səfərdə qələbə qazanmış "Real Sociedad" ev oyununda da eyni uğuru təkrarlamağa çalışacaq. "Pacos de Ferreira"nı darmadağın etmiş "Zenit"ə də yalnız növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək qalır. PSV ilə ilk oyuna sülh bağlamış "Milan" doğma azarkeşlərinin gözü qarşısında mərhələ adlamağa çalışacaq. "Viktoria" da "Maribor" səddini keçməyə çox yaxındı.
 

Çempionlar Liqası

Pley-off mərhələsi (cavab oyunları)
 

27 avqust

23:45. Arsenal (İngiltərə) - Fenerbahçe (Türkiyə) (ilk oyun 3:0)
23:45. Austria (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) (2:0)

23:45. Basel (İsveçrə) - Ludogorets (Bolqarıstan) (4:2)

23:45. Legia (Polşa) - Steaua (Rumıniya) (1:1)

23:45. PAOK (Yunanıstan) - Schalke (Almaniya) (1:1)
 

28 avqust

21:00. Zenit (Rusiya) - Pacos de Ferreira (Portuqaliya) (4:1)

23:45. Celtic (Şotlandiya) - Şaxtyor (Karaqandi, Qazaxıstan) (0:2)

23:45. Real Sociedad (İspaniya) - Olympique (Lion, Fransa) (2:0)

23:45. Milan (İtaliya) - PSV (Hollandiya) (1:1)

23:45. Maribor (Sloveniya) - Viktoria (Çexiya) (1:3)

Milli.Az