Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdiriləcək - 3D - FOTO
26 Avqust 2013 13:27
Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdirilir
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 169.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarıla bilər.
Dəyişikliyə əsasən, siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə ilə bağlı cərimələr 5 min manatdan 10 min manata qədər olacaq. Hazırda qüvvədə olan maddəyə görə, bununla bağlı min manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Dəyişiklik layihəsinin parlamentin növbəti iclaslarından birində müzakirəyə çıxarılması gözlənilir.
Milli.Az
Aşağıda Milli Məclisin baku3d.az saytı tərəfindən hazırlanan 3D görüntüsü təqdim olunur.