Alimlər: "Tezliklə insanların qocalmaq dərdi olmayacaq"

24 Avqust 2013 12:28
Karolina İnstitutunun bioloqları müəyyən ediblər ki, qocalma prosesi təkcə həyat boyu baş verən zərərli mutasiyalarla bağlı deyil, eyni zamanda anadan miras qalan genlərlə bağlıdır.

Gəmiricilər üzərində aparılan təhqiqat nəticəsində mitoxondriyə təsir etmək üçün yeni üsullar kəşf olunub ki, bununla da qocalma prosesini zəiflətmək olar.

Mitoxondri hüceyrəsində enerji mənbəyi kimi istifadə olunan adenozintrifosfat miqdarı istehsal olunur. Mitoxondridə nüvədən daha sürətli dəyişən DNT var. Bu məqam da qocalma prosesinə təsir göstərir. 

Milli.Az