Bakıda ilk dəfə uşaqlar üçün salon açılacaq

23 Avqust 2013 15:16
Sentyabrın 7-də bütün bakılı uşaqlar və onların valideynləri üçün çox vacib bir hadisə baş verəcək - ixtisaslaşmış və unikal uşaq gözəllik salonu Barbarisso qapılarını qonaqların üzünə açacaq. Bu uşaq salonu tək Azərbaycanda deyil, eyni zamanda Cənubi Qafqazda bir ilk olacaq.

Onun unikallığı nədədir? Bura bütün növ xidmətlər göstərən uşaq gözəllik salonu, kafe, bayram və karnaval kostyumlarının geniş seşidi, o cümlədən uşaqların Playstation oynaya biləcəkləri zonanı özündə birləşdirən ilk bənzəri olmayan təsisatdır.

Təklif edirik ki, kiçik müsafirləri ixtisaslaşmış mərkəzdə nələrin gözlədiyini daha yaxşı bilmək üçün Barbarisso-ya kiçik ekskursiyaya gələsiniz.

Barbarisso-nun təsisçiləri hər şeyi nəzərə alıblar - həm rahatlıq, həm keyfiyyət, həm də gənc qonaqlar üçün sehrli ab-hava. Hər şey - dizayndan tutmuş aksesuarlara qədər ən xırda detallara qədər nəzərə alınıb. Premium-klassda hökm sürən əsrarəngiz ab-hava tək uşaqları deyil, eyni zamanda sizi də əyləndirəcək, əziz valideynlər.

Uşağın saçlarını sadəcə son dəbə uyğun kəsmək deyil, onları gözəl təamlarla doyurmaq olar. Eyni zamanda, uşaqlara elə imkan yaratmaq mümkündür ki, onlar özlərini sevimli cizgi filmlərinin qəhrəmanları kimi hiss etsinlər. Bunun üçün salonda geniş seşidli - həm karnaval üçün, həm də gözəl milli kostyumlar kolleksiyası toplanıb. Kostyumları müxtəlif aksesuarlarla - misal üçün, mələk qanadları, muncuqlar, taclar və uşağın könlü istəyən digər aksesuarlarla bəzəmək olar.

Amma sözsüz ki, gənc ziyarətçilərin ən çox marağına uşaq gözəllik salonu səbəb olacaq. Burada hər şey onların analarının getdiyi böyük gözəllik salonlarındakı kimidir.

Təcrübəli və səbrli ustalar, o cümlədən Türkiyədən olan mütəxəssislər tək uşaqların xarici görkəmini dəyişməyəcək, eyni zamanda onlarla ümumi dil tapacaqlar. Bu isə hər dəfə saçını qırxdırmaq asan olmayan ən hiperaktiv uşaqlar üçün çox vacibdir. Bizim ustalarla uşaqlarınız anlayacaqlar ki, həyatın ilk günlərindən gözəl və baxımlı olmaq lazımdır. Bu məqsədə nail olmaq üçün isə salonun geniş xidmət çeşidləri yardımçı olacaq: saç kəsimi, ukladka, saç düzümü və hörgü, saç kəsmə aləti ilə rəsm, akvarim və müvəqqəti tatu, uşaq manikürü və pedikürü, ilk tellər və diplom.

Valideynlərin nəzərinə: satışda hər zaman xüsusi uşaq kosmetikası olan HelloKitty var. Bütün vasitələr yüksək keyfiyyətlidir və uşaqlarınız üçün tamamilə təhlükəsizdir.

Qeyd edək ki, Barbarisso salonunda ən kiçik yaşlardan 16 yaşa qədər olan uşaqlara xidmət göstəriləcək.

Neftçilər prospektində yerləşən salonun qapıları hər gün səhər saat 10:00-dan axşam saat 19:00-a qədər qonaqların üzünə açıq olacaq.

Qəbula əvvəldən yazılmağı unutmayın.

Barbarisso ilə (051) 3109797 mobil nömrəsi, eyni zamanda (012) 5989796, 5989797, 5989798 şəhər nömrələri ilə əlaqə saxlamaq olar.

Oğlanlar və qızlar, həmçinin onların valideynləri - Barbarisso sizi gözləyir!